Texnologiya

Apple iPhone 17-ni təqdim etdi: Yeni “Center Stage” ön kamera ilə - FOTO

9 Sentyabr 2025 22:26
Baxış: 401
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Apple özünün standart modelinin ən son versiyası olan iPhone 17-ni təqdim edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yeni model daha böyük 6,3 düymlük ekran və 120Hz ProMotion yenilənmə tezliyi ilə gəlir. Dizayn baxımından əsasən iPhone 16-ya bənzəsə də, bir qədər təzələnmiş rəng seçimləri ilə təqdim olunub.

Kamera yenilikləri

Bu nəsildə ən böyük dəyişikliklər kameralara aiddir:

48 MP "dual fusion" əsas kamera - əsas kamera ilə telefoto kameranın imkanlarını birləşdirir.

24 MP standart çəkiliş rejimi - daha kiçik ölçülü şəkillər saxlamağa imkan verir.

2x optik keyfiyyətli telefoto funksiyası.

48 MP ultrageniş kamera - iPhone 16 ilə müqayisədə 4 dəfə yüksək keyfiyyətli görüntü təqdim edir.

Əlavə olaraq, 12 MP "Center Stage" ön kamera təqdim olunub. Bu kamera əvvəlki modellə müqayisədə iki dəfə böyük sensorla təchiz edilib. Sensorun kvadrat forması sayəsində istifadəçilər telefonu çevirmədən landşaft rejimində selfi çəkə bilirlər. Kamera tətbiqində sadəcə bir toxunuşla portret və landşaft rejimləri arasında keçid mümkündür.

Ekran xüsusiyyətləri

Yeni iPhone 17 əvvəlki modeldən bir qədər böyükdür:

6,1 düymlük OLED ekran yerini 6,3 düymlük ekrana buraxıb.

60Hz-lik ekran 120Hz ProMotion adaptiv displey ilə əvəz olunub (əvvəllər yalnız Pro modellərdə mövcud idi).

Always-On rejimi söndükdə yenilənmə tezliyi 1Hz-ə qədər düşür.

Displeyin parlaq səviyyəsi 3.000 nit-ə qədər yüksəlib - bu, indiyə qədər iPhone-larda ən yüksək göstəricidir.

Əvvəlki nəsil - iPhone 16

Xatırladaq ki, iPhone 16 modelində də mühüm dəyişikliklər edilmişdi:

Action Button artıq Pro modellərlə məhdudlaşmırdı.

Şaquli ikili kamera düzülüşü iPhone 12-dən sonra yenidən qayıtmışdı.

Camera Control düyməsi də əlavə olunmuşdu.

Apple ötən il iPhone 16-nın süni intellekt imkanlarını güclü şəkildə önə çıxarmışdı. Lakin təqdim olunan Apple Intelligence funksiyalarının bir çoxu istifadəyə verilməmişdi. Buna baxmayaraq, iPhone 16 satışlarda iPhone 15-i geridə qoymağı bacarmışdı.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.