Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə edilən hücuma münasibətini açıqlayıb.
Milli.A xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Biz regional gərginliyi daha da artırmaq riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatlıq hissi keçiririk. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq."
Milli.Az