Ölkə

Ayağını pəncərədən çıxararaq maşın sürdü - tədbir görüldü - YENİLƏNİB - VİDEO

9 Sentyabr 2025 22:38
Baxış: 700
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

22:38

Yevlax-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində avtomobili ayağını pəncərədən çıxararaq idarə edən sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

"Toyota" markalı 77-KJ-289 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nadir Süleymanov nəqliyyat vasitəsini idarə edərkən törətmiş olduğu qayda pozuntusu ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntüsü ilə əlaqədar olaraq idarəyə dəvət olunub. Sürücüylə proflaktik söhbət aparılıb və törətdiyi qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib", - deyə məlumatda bildirilir.

--------------
18:53

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prius" markalı, 77 KJ 289 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolboyu bir ayağını pəncərədən çıxararaq maşını bu vəziyyətdə idarə edib. Bu cür məsuliyyətsizlik və qaydaların kobud şəkildə pozulması isə sürücünün öz həyatı ilə yanaşı, arxadan gələn digər hərəkət iştirakçıları üçün də böyük təhlükə yarada bilər", - daxil olan şikayətdə bildirilib.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.