Dünya

Türkiyə və Rusiya arasında İdlib üzrə danışıqlar keçirilib

9 Fevral 2020 08:24
0 Şərh     Baxış: 2 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankarada Suriyanın İdlib şəhəri üzrə Türkiyə və Rusiya arasında danışıqlar keçirilib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, heyətlər arasındakı danışıqlar zamanı İdlibdəki vəziyyət müzakirə edilib. Danışıqlar zamanı əsas diqqət yerdə sakitçiliyi təmin edəcək və siyasi prosesi inkişaf etdirəcək addımlara yönəlib.

Qeyd edilir ki, danışıqların gələn həftə davam etdirilməsinə qərar verilib.

Vurğulanır ki, tərəflərin arasında danışıqlar 3 saat davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.