Dünya

Türkiyədə iki güclü zəlzələ BAŞ VERDİ

4 Fevral 2020 22:34
1 Şərh     Baxış: 3 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Akhisar rayonunda yerin 7 kilometr dərinliyində yerləşib. Bu zəlzələdən bir neçə dəqiqə əvvəl bölgədə rixter cədvəli üzrə 4,3 bal gücündə yeraltı təkan qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, son aylar Türkiyədə seysmik fəallıq müşahidə olunur. İki həftə əvvəl Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.