Dünya

Anasının gözlərini çıxaran, öz cinsiyyət orqanını kəsən... - Çindən dünyaya satılan 5 manatlıq "bəla" - FOTO

4 Fevral 2020 15:05
5 Şərh     Baxış: 15 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Andreya Horvatova adlı qız narkotik maddədən dünyasını dəyişəndə cəmi 23 yaşı var idi.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, o, dostları ilə birlikdə iştirak etdiyi partidə narkotik maddə qəbul etdikdən sonra ölüb.

Yüksək asılılıq qabiliyyətinə malik olan ölümcül flakka insan tərəfindən yaradılıb. Hazırda Çindən idxal olunan narkotik maddə zombi effekti yaradır.

Ucuz qiymətə satılan və asanlıqla əldə oluna bilən flakka insanın psixologiyasını tamamilə dəyişərək hannibala çevirə biləcək gücə malikdir.

Təxminən 5 il əvvəl Britaniyada satılmağa başlayan flakka qısa zamanda yüzlərlə insanı zəhərləyib. Cəmi 2,5 fund-sterlinqə ( təxmninən 5 manat ) satılan narkotik maddə ucuz olduğuna görə "məşhurlaşıb".

"Flakka ucuz qiymətə satıldığına görə Britaniyada populyarlıq qazanıb. Lakin bu, heç də ürəkaçan mənzərə deyil", - ekspert Abbas Kanani "Sun"a söyləyib.

Gündəlik istifadə olunan duza bənzəyən flakka ilk dəfə ABŞ-da yaradılıb.

Dünyada qeydə alınan bir neçə hanniballıq hadisəsi var ki, flakkanın təsiri altındaykən törədilib.

- 2016-cı ildə narkotik maddənin təsiri altında olan şəxs diri siçanın başını qopararaq yeyib.

- 2012-ci ildə flakka qəbul edən Rudy Eugene Mayamidəki "bomj"un gözlərini çıxararaq yeyib.

- Floridada yaşayan 32 yaşlı Camille Balla anasının gözlərini çıxarıb.

- Braziliyada yaşayan tələbə isə flakkanın təsiri altındaykən cinsiyyət orqanını kəsmək istəyəndə polis tərəfindən saxlanılıb.

Vikipediyada yazılan məlumatlara əsasən bildirək ki, zombi həbi olaraq da adlandırılan flakka istifadə edən insanlarda sanki "adamyeyən" kimi xüsusiyyətlər yaradır. Bu maddəni qəbul edən insanın hərəkətləri zombini xatırladır, digərlərinə ziyan vurmağa meyilli olurlar. Flakka qəbul edilən zaman ürək döyüntüsü və təzyiq artır. İnsanlarda paranoya, hallusinasiya və digər psixi pozğunluqlar yaradır. Bununla insan qeyri-adi gücə malik olduğunu düşünür, eyni zamanda ətrafdakıları fərqli canlı olaraq görməyə başlayır. Maddə istifadə edən insanı 4-5 saat təsir altında saxlayır, bu müddət 8 saat da ola bilər. Əsas əlamətləri qəribə, qorxulu hərəkətlərdir. Təsir keçdikdən sonra şəxslərin əksəriyyəti ürək infarktından dünyasını dəyişir, sağ qala bilənlərdə isə ciddi beyin problemləri qalmaqda davam edir, başqalarına hücum və intihara meyillilik oyadır. 

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.