Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.
Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
"Sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirəcək. Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir.
Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin təlabatına uyğun olaraq artırılacaq. Beləliklə, marşrut xəttində 21 avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçirilir. Gedişhaqqı 0.80 AZN təşkil edir", - deyə məlumatda qeyd olunub.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                        .jpg) 
                         
                         
                        .jpg) 
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                    
                                    