ABŞ tərəfinin bu dəfə müharibə baş verdiyi halda, bu müharibənin regional müharibə olacağını bilməsini istəyirəm.
Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İranda İslam İnqilabının 47-ci illiyinin tədbirlərinin başlanması ilə əlaqədar Tehranda bir qrup İran vətəndaşını qəbulu zamanı deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi bəzən müharibədən söz açır, təyyarə və başqa vasitələrlə gələcəyindən söz açır, bu yeni məsələ deyil.
Xamenei deyib ki, ABŞ tərəfi dəfələrlə bütün seçimlərin masa üzərində olması ilə bağlı fikirlər səsləndirib. Bütün seçimlər dedikdə isə, yəni müharibə seçimi.
İranın Ali Lideri qeyd edib ki, İran tərəfi belə fikirlərdən qorxmur, İran tərəfi müharibəni başlayan tərəf deyil və kimsəyə zülm etmək, hər hansı ölkəyə hücum etmək istəmir. Lakin hücum etmək istəyən tərəf qarşısında dayanacaq və hücum edəcək.
Xatırladaq ki, ötən ilin iyun ayında ABŞ İranın nüvə obyektlərinə hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində İranın nüvə obyektlərinin dağıdıldığı bildirilib. Qarşılığında İran isə ABŞ-nin Qətərdəki hərbi bazasına hücum etdiyini açıqlayıb.





