Dünya

Tokio polisi Olimpiada ərəfəsində terrora qarşı mübarizə tədbirlərini gücləndirir

5 Fevral 2020 02:30
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio polisi Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində terrora qarşı mübarizə tədbirlərini gücləndirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Polis İdarəsi tərəfindən fövqəladə vəziyyət yaranacağı təqdirdə əcnəbi turistləri məlumatlandırmaq üçün 110 telefon nömrəsinə müraciət etmək barədə yeni plakatlar hazırlanıb. Həmin addım Olimpiya və Paralimpiya Oyunları ərəfəsində həyata keçirilən antiterror tədbirləri çərçivəsində atılıb.

Plakatda klassik yapon qravürasına oxşar şəkildə Kabuki teatrının qəzəbli baxışları olan aktyoru əks olunub. Plakatda ingilis, Çin, Koreya və yapon dilində verilmiş yazıda insanlar şübhəli vəziyyət yaranacağı təqdirdə polisə müraciət etməyə çağırılır.

Həmin plakatlar Tokionun tanınmış əyləncə mərkəzlərində və böyük stansiyalarda artıq yerləşdirilib.

"Şibuya" stansiyası yaxınlığındakı böyük monitorda da yerləşdirilən həmin plakatda polis terrorun qarşısının almaq üçün insanları əməkdaşlığa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.