Dağıstanın paytaxtı Mahaçqalada yük qatarı qadını vuraraq öldürüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yük qatarının Bakı-Rostov-Don xətti üzrə hərəkəti zamanı baş verib.
Şahidlərin sözlərinə görə, "Anji-bazar" rayonu ərazisində qeydə alınan ölüm hadisəsi qadının dəmir yolunu keçərkən qulaqcıqlardan istifadə etməsi olub: "Yüksək səslə mahnıya qulaq asan qadın bu səbəbdən gələn qatarın səsini eşidə bilməyib".
Milli.Az