Bakıdan Rostov-Dona gedən yük qatarı Rusiyada qadını vuraraq öldürüb

4 Fevral 2020 08:28

Dağıstanın paytaxtı Mahaçqalada yük qatarı qadını vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yük qatarının Bakı-Rostov-Don xətti üzrə hərəkəti zamanı baş verib.

Şahidlərin sözlərinə görə, "Anji-bazar" rayonu ərazisində qeydə alınan ölüm hadisəsi qadının dəmir yolunu keçərkən qulaqcıqlardan istifadə etməsi olub: "Yüksək səslə mahnıya qulaq asan qadın bu səbəbdən gələn qatarın səsini eşidə bilməyib".

Milli.Az