Dünya

İran bu həftə kosmosa peyk göndərəcək

3 Fevral 2020 19:19
7 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran bu həftənin sonuna kimi "Zəfər" peykini kosmosa göndərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, "Zəfər" peyki "Simurq" raketi ilə göndəriləcək və Yerin 530 kilometrliyində yerləşəcək.

Qeyd edək ki, 29 yanvarda İranın rabitə və informasiya texnologiyalar naziri bildirmişdi ki, "Zəfər 1" və "Zəfər 2" peyklərinin istehsalına 2 milyon avrodan az vəsait xərclənib.

Azəri Cəhromi qeyd etmişdi ki, peykin göndərəcəyi kadrların dəyəri isə 10 milyon avrodan çoxdur. Peykin fəaliyyət müddəti orta hesabla 2,5 ildir.

İranın "Zəfər" peykinin çəkisi 113 kiloqramdır. Peykin orbitə göndərilməsində məqsəd İranın neft ehtiyatları, kənd təsərrüfatı, meşəlik və göllərdə baş verən dəyişikliklər üzrə xəritələri yeniləməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.