Dünya

Helsinki tarixində ilk dəfə qarsız yanvar qeyd edilib

2 Fevral 2020 09:11
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın şimalında rekord miqdarda yağıntılar olsa da, Helsinki tarixində ilk dəfə yanvar ayı qarsız keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Finlandiyanın metereologiya institutu xəbər verib.

Finlandiya ərazisinin təqribən 60 faizi üçün yanvar, daha çox mart-aprel aylarına bənzəyərək həmişəkindən 7-8 dərəcə isti keçib. Yanvar ayının ən yüksək hava temperaturu - 9,2 dərəcə isti, yanvarın 21-də Turku şəhərində qeydə alınıb.

Finlandiyanın şimalındakı vəziyyət tamamilə fərqlidir. Meteoroloqlar bildirir ki, yanvarın 30-da Kittila şəhərinin şimal yaşayış məntəqəsində 111 santimetr qar qeydə alınıb və bu, bölgənin artıq yeddinci qar rekordudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.