Dünya

Səfir Xəzər İbrahim Çindən gətirilən Azərbaycan vətəndaşları ilə danışıb, səhhətləri normaldır

1 Fevral 2020 22:59
0 Şərh     Baxış: 2 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çinin Uhan şəhərindən Ankaraya enən təyyarədəki vətəndaşlarımızla telefon əlaqəsi saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumata verilib.

Azərbaycan vətəndaşları səhhətlərinin normal olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin "Koca Yusuf" ambulans-təyarəsi yerli vaxtla saat 21.12-də Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.