Dünya

Tramp üçün geriyə sayım

1 Fevral 2020 15:42
0 Şərh     Baxış: 1 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın impiçmenti üzrə yekun səsvermə fevralın 5-də keçiriləcək.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, müvafiq qərarı ABŞ Konqresinin Senatı qəbul edib.

Səsvermə yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə fevralın 6-da saat 01:00-da) başlayacaq.

Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi. Bu səbəbdən də Nümayəndələr Palatası 2019-cu il sentyabrın 24-də ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.