Dünya

Bu türk ölkəsində koronavirus həyəcanı: 54 nəfər...

31 Yanvar 2020 21:02
0 Şərh     Baxış: 2 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda koronavirusa yoluxma ehtimalı səbəbindən 54 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Yeljan Birtanov məlumat verib ki, koronavirusla mübarizəyə hökumətin ehtiyat fondundan 1,5 milyard təngə ayrılıb. Səhiyyə naziri vətəndaşlardan koronavirusa qarşı əsassız şayiələr yaymamağı xahiş edib.

Ayrılan vəsait əlavə tibbi maskalar və vasitələrin alınması üçün istifadə ediləcək.

Çindən gələn Qazaxıstan vətəndaşları iki həftə ərzində karantində olacaqlar. Onlar xüsusi müəyyən olunan tibb ocağında müayinə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.