Dünya

Nepalda bütün hava limanları fəaliyyətini dayandırdı

9 Sentyabr 2025 20:04
Baxış: 374
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nepalda bütün hava limanları fəaliyyətini dayandırıb.

Milli.Az xəbər verir ki, hava limanları sentyabrın 11-i ən azı saat 00:00-a qədər bağlı olacaq. 

Qeyd edək ki, Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb.

Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.

Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə prezidenti Ramçandra Paudelin iqamətgahına, eləcə də parlamentin binasına basqın edərək yandırıblar. (qafqazinfo)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.