Dünya

Ramzan Kadırov istefa verməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib

20 Yanvar 2020 19:04
0 Şərh     Baxış: 2 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov onun başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini, karyerasına öz Respublikasında yekun vuracağını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bunu Rusiya Prezidentinin səlahiyyətli təmsilçisi təyin edilməsi ilə bağlı bəzi Rusiya KİV-lərində yayılan məlumata cavab olaraq deyib.

R. Kadırov daha sonra əlavə edib ki, hər hansı bir məmur bir-iki gün efirdə görünmədikdə onun haqqında şayiələr yaranır.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun "müvəqqəti əmək qabiliyyətini itirdiyi" təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı Sərəncam dərc olunub. Çeçenistan dövlət başçısının mətbuat katibi Alvi Kərimov isə Kadırovun müalicə kursu keçdiyini və məzuniyyətdə olduğu və ya müvəqqəti əmək qabiliyyətini itirdiyi təqdirdə səlahiyyətlərinin region hökumətinin sədrinə keçməsinin adi qayda olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.