Dünya

Almaniyada casusluq qalmaqalının "qoxusu" gəlir

17 Yanvar 2020 08:12
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni il Almaniya diplomatiyası üçün, görünür, casusluq qalmaqalından başlayır. Artıq çoxdandır ki, bu ölkədə belə hallar müşahidə olunmayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, federal prokurorluq ölkənin üç vətəndaşı barədə araşdırmaya başlayıb. Onlar özəl və sənaye xarakterli məxfi məlumatları Çinin təhlükəsizlik orqanlarına ötürməkdə şübhəli bilinirlər. Şübhəlilər arasında adı açıqlanmayan sabiq diplomat da var. Bircə bu məlumdur ki, o, Avropa Komissiyasında işləyib. Diplomatik xidməti başa çatandan sonra lobbiçilik fəaliyyəti ilə məşğul olmağa başlayıb və digər iki şübhəlini də bu işə cəlb edib.

Mətbuatın təxminlərinə görə, araşdırılan iş Çinin "Huawei" 5G şəbəkəsinin Avropa bazarına buraxılmaması ilə bağlı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.