Dünya

Belçikada üç həkim evtanaziyaya görə mühakimə edilir

17 Yanvar 2020 06:30
0 Şərh     Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2002-ci ildə Belçikada evtanaziya leqallaşdırılandan sonra ilk dəfədir ki, bu ölkədə üç həkim məhkəmə qarşısında cavab verməli olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin həkimlər 2010-cu ildə 38 yaşlı bir qadını zəhərləməkdə ittiham edilirlər. Hərçənd bu hadisə xəstənin israrlı xahişlərindən sonra baş verib. Belə ki, ruhi pozuntulardan əziyyət çəkən bu qadın bir neçə dəfə intihar etməyə cəhd göstəribmiş.

Qadının ölümündən 6 ay sonra onun bacıları həkimlər tərəfindən qanuna riayət edilmədiyi barədə şikayət ediblər. Bacıların istinad etdikləri qanuna əsasən, psixoloji iztirablar səbəbindən evtanaziya yalnız o halda mümkündür ki, pasiyent dözülməz dərəcədə əzab çəkir, onun xəstəliyinin müalicəsi yoxdur. Tin adlı bu qadının bacıları isə iddia edirlər ki, onun vəziyyəti belə olmayıb. Onların sözlərinə görə, bacıları 15 ilə yaxın müddətdə ruhi əsəb xəstəxanasına düşməyib və onun "sağalmaz xəstə" olmasını, "dəhşətli dərəcədə əziyyət çəkməsini" demək mübaliğə olardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.