Dünya

Üç yaşlı qız hərəkətdə olan avtomobildən yola yıxıldı - VİDEO

15 Yanvar 2020 20:20
1 Şərh     Baxış: 2 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Manisa vilayətində 3 yaşlı qızın hərəkətdə olan avtomobildən yola düşmə görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Alaşəhər - Eşmə avtomagistralının Sobran məhəlləsi ərazisində qeydə alınıb.

Kadrlarda, "Tofaş" markalı minik avtomobilinin hərəkətdə olduğu və qəfildən sağ arxa qapısının açılaraq yola balaca qızın yıxıldığı görülür. Daha sonra "Tofaş"dan enən 3 nəfər qaçaraq üç yaşlı qızı qucaqlarına alır, ardınca da avtomobilə aparırlar.

Yerli medianın bildirdiyinə görə, hadisə nəticəsində balaca qız yüngül xəsarətlər alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.