Dünya

Rusiya və Türkiyə Liviya məsələsində çox vacib rol oynayır - Aİ

15 Yanvar 2020 08:51
0 Şərh     Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və Türkiyə hazırda Liviya məsələsində çox vacib rol oynayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Avropa Parlamentinin Strasburqdakı plenar iclasında deyib.

Liviyadakı qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftarın atəşkəs barədə sənədi imzalamadan Moskvadan ayrıldığını xatırladan Borell qeyd edib: "Liviyada atəşkəsin təmin olunacağına zəmanət verə bilərəm".

Borell, həmçinin Aİ-nin Liviya ilə bağlı Berlin prosesini dəstəklədiyini söyləyib:

"Bu gün avropalılar altı ay əvvəlkindən daha fəaldırlar, amma indi ruslar və türklər Liviya məsələsində çox vacib rol oynayır".

Onun sözlərinə görə, Liviya böhranı hərbi yolla həll edilməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.