Dünya

Cavad Zərif Davos Forumunda iştirak etməyəcək

15 Yanvar 2020 08:06
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün qeydiyyata alındı, ancaq bölgədəki vəziyyət səbəbiylə öz sorğusunu geri çəkib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Forumun prezidenti Borq Brende deyib.

B.Brende bildirib: "İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeydiyyata alınmışdı, amma sonra biz imtina aldıq. Mənim fikrimcə, biz buna bölgədəki çətin vəziyyətin fonunda baxmalıyıq".

Eyni zamanda, Borge Davosda ABŞ və İran nümayəndə heyətləri arasında ikitərəfli görüşün planlaşdırılması barədə mövzunu şərh etməyib.

Qeyd edək ki, Dünya İqtisadi Forumu 21-24 yanvar tarixlərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.