Dünya

Süleymaninin meyitini onlar görüntüləyiblər

14 Yanvar 2020 11:04
2 Şərh     Baxış: 2 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin iranlı general Qasım Süleymaninin Bağdadda hava hücumuna məruz qaldığı an ərazidə olduğu ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ ordusunun əsgərləri hücumdan dərhal sonra əraziyə gedib, Süleymaninin meyitini yoxlayıb və şəkillərini çəkiblər. Bundan sonra fotolar "Fox News" kanalına ötürülüb. 

İranlı generalın üzərində olan pulqabı, tapança, tüfəng və şeir kitabının fotosu paylaşılıb.

Görüntülərin Süleymaninin pilotsuz uçuş aparatından atılan raketlə vurulmasından bir-iki dəqiqə sonra onları bir kilometrdən az məsafədə izləyən ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən çəkildiyi vurğulanıb. 

Raketin verdiyi zərəri dəyərləndirməklə vəzifələndirilən qrup yanan maşını və içindəki cansız bədənləri görüntüləyib və hücumun nəticəsini təsdiqləyib.

Hərbçilərin Süleymaninin telefonunu və digər elektron cihazlarını da götürmək istədikləri, lakin  yanğın səbəbindən bunu edə bilmədikləri vurğulanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.