Dünya

Göbələk yığmağa getdilər, meyit tapdılar - FOTO

13 Yanvar 2020 19:09
0 Şərh     Baxış: 2 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərinin Arnavutköy ərazisində meşəyə göbələk yığmağa gedənlər meyit tapıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, meşəyə göbələk yığmağa gedən iki dost yorğana bürünmüş meyitlə rastlaşıblar.

Əraziyə gələn polislər meyitin 35-40 yaşlarında bir qadına aid olduğunu müəyyən ediblər.

Məlum olub ki, qadın bir neçə gün əvvəl başına küt alət vurularaq qətlə yetirilib.

Üzərində vəsiqəsi olmayan qadının kimliyi müəyyən edilməyib.

Onun cəsədi ekspertiza üçün morqa aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.