Dünya

Arvad nikahlı ərinə kəbinli ərini öldürtdü - Film kimi olay - FOTO

13 Yanvar 2020 11:48
7 Şərh     Baxış: 4 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə serial ssenarilərinə bənzəyən cinayət hadisəsi baş verib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, qətl hadisəsi Türkiyənin Bursa şəhərində törədilib. 4 gün əvvəl Bursadakı yarımtikililərin birində ağzı bağlanmış kişi cəsədi tapılıb.

Cəsədin Furkan Kahraman adlı 27 yaşlı şəxsə aid olduğu aşkarlanıb. Qatil ağzını bağladıqdan sonra ürəyindən 2 bıçaq zərbəsi vuraraq Furkanı qətlə yetirib.

Furkanın atası cinayətlə bağlı açıqlama verib. O bildirib ki, Furkanın kəbinli arvadı Ezgi D. onu nikahlı ərinə öldürtdürüb.

Cinayətlə bağlı Ezgi D., onun rəsmi nikahlı əri və dostu saxlanılıb. Muhammet D. adlı şəxs cinayəti etiraf edib. O bildirib ki, xanımı ondan Furkanı "başa salmağı" istəyib. Lakin telefonla danışan zaman onların arasında mübahisə yaranıb. Nəticədə, o, dostları ilə birləşərək plan qurub və Furkanı öldürüb.

Qeyd edək ki, Furkanın cəsədi 4 gün sonra tapılıb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.