Dünya

İkinci Dünya Müharibəsindən qalan 2 bomba aşkarlandı

13 Yanvar 2020 09:15
0 Şərh     Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Dortmund şəhərində İkinci Dünya Müharibəsindən qalan iki ədəd 250 kiloqramlıq bomba aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polisinin rəsmi "Twitter" səhifəsində bildiriblər.

Məlumatda deyilir: "Dortmundda şəhərin tarixinin ən böyük təxliyələrindən biri həyata keçirilir".

Bildirilir ki, təxminən 14 min insan öz evini tərk etməli olacaq. Təxliyə zamanı şəhərdə dəmir yolu hərəkəti tamamilə dayandırılıb.

Daha sonra şəhər hakimiyyətindən aşkar edilən bombaların zərərsizləşdirildiyi barədə məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.