Dünya

İstanbul aeroportunda "Sleepod" kabinləri quraşdırılıb

13 Yanvar 2020 23:04
1 Şərh     Baxış: 1 256
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyanın ən böyük hava limanlarından biri olan İstanbul aeroportunda sərnişinlər üçün yeni xidmət istifadəyə verilib. Xüsusilə tranzit uçuşlarla İstanbulun yeni aeroportundan keçən sərnişinlər üçün "Sleepod" yataq şəraiti olan kabinlər quraşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu kabinlərdən bir saatlıq istifadə üçün 9 avro ödəmək lazımdır. Gigiyenik baxımdan təmizlik nəzərə alınaraq kabinlərdən istifadə edəcək hər sərnişinə birdəfəlik yataq dəsti də verilir.

Qeyd edək ki, bu sistem dünyanın bir çox hava limanında tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.