Dünya

İranın Tibbi Ekspertiza Təşkilatı: 145 nəfərin ailəsindən DNT analizi götürülüb

12 Yanvar 2020 20:40
0 Şərh     Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 145 nəfərinin ailəsindən DNT qan analizi götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, İranın Tibbi Ekspertiza Təşkilatından verilən açıqlamada öz əksini tapıb.

Təşkilatdan bildirilir ki, təyyarə qəzasında həlak olan 147 iranlıdan 142 nəfərin meyitinin müəyyənləşdirilməsi üçün işlər davam etdirilir.

Bununla yanaşı, 3 Əfqanıstan vətəndaşının ailəsindən də DNT qan analizi götürülüb.

Təşkilatdan verilən məlumata görə, qəzada həlak olan ukraynalıların ailələrinin məlumatları İranın Tibbi Ekspertiza Təşkilatına təqdim olunub.

Bildirilir ki, İranın Ekspertiza Təşkilatı meyitlərin tez bir zamanda müəyyənləşdirilməsinə çalışır.

Xatırladaq ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.