Dünya

ABŞ-da qar fırtınası davam edir: ölənlərin sayı 10-u keçib

12 Yanvar 2020 09:27
3 Şərh     Baxış: 1 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın bir neçə cənub və mərkəzi ştatlarında güclü fırtına və leysan yağışları son iki gündə 11 nəfərin ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Texasda yollarda fırtına və buzlaşma səbəbindən çoxsaylı qəzalar baş verib. Qəzalarda polis və yanğınsöndürən də daxil olmaqla üç nəfər ölüb.

Alabamada üç nəfər qasırğanın qurbanı olub. Luiziana ştatında güclü külək səbəbindən bir yaşayış binasının üstünə ağac düşüb. Bir nəfər aldığı xəsarətlərdən ölüb. Evli cütlük isə yaşadıqları treylerin küləyin çevirməsi nəticəsində ölüblər.

Oklahoma ştatında daşqın zamanı bir nəfər boğulub. Ayova ştatında buzlu yollar səbəbindən bir avtomobil çevrilib. Sərnişinlərdən biri ölüb.

Fırtına Çikaqoya istiqamətlənib, həftə sonu şəhəri və ətrafındakı yerləri güclü qar yağmalar gözləyir.

Məlumata görə mindən çox aviareys təxirə salınıb.

Son iki gündə Texas ştatından Miçiqanadək yeddi ştatı bürüyən qar fırtınası nəticəsində minlərlə ev elektriksiz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.