Dünya

ABŞ və İran arasında gizli danışıqlar: "Generalın ölümündən bir neçə saat sonra"

11 Yanvar 2020 10:21
0 Şərh     Baxış: 2 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və İran arasında İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə gizli danışıqlar aparılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "The Wall Street Journal" bu barədə yüksəkçinli ABŞ məmurlarına istinadən informasiya yayıb.

Məlumata görə, tərəflər arasında ilk əlaqə general Qasım Süleymaninin Bağdad hava limanında ABŞ qüvvələrinin əməliyyatı nəticəsində öldürülməsindən cəmi bir neçə saat sonra baş tutub.

Həmin vaxt ABŞ İran təmsilçilərindən gərginliyin artmasına imkan verməməyi istəyib. Səfirlik vasitəsilə İran tərəfi də öz mövqeyini ortaya qoyub.

İsverçə səfirliydən əlaqənin faks vasitəsilə qurulduğu və faksları qəbul edən cihazın, sadəcə, məhdud şəxslər tərəfindən əlçatan olduğu qeyd edilib. Faks qəbul edildikdən sonra tərəflərin diplomatlarına təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.