Dünya

Ukrayna təyyarəsi raketlə vurulub - ABŞ adminstrasiyası

9 Yanvar 2020 21:54
0 Şərh     Baxış: 3 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Tehranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus təyyarə ilə bağlı açıqlama verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o bildirib ki, laynerin qəzaya uğramasına insan amili səbəb ola bilər:

" Çox pis hislər keçirirəm. Sanki kimsə səhv edib".

Röyters agentliyinin məlumatına ABŞ adminstrasiyası təyyarənin səhvən raketlə vurularaq, partladığından əmindir. Amerikalılar hadisə ilə bağlı peyk görüntülərini izləyərək belə qənaətə gəlib.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.