Dünya

Ukrayna təyyarəsi bu raketlə vurulub? - FOTO

9 Yanvar 2020 19:10
0 Şərh     Baxış: 1 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"@Liberalist_30" adlı "Twitter" istifadəçisi Tehranda qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava yollarına məxsus təyyarənin qəza yerindən daha bir fotosunu dərc edib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəkildə zenit raketinin fraqmentinin əks olunduğu iddia edilir. İstifadəçinin sözlərinə görə görüntü onun "Telegram" ünvanına göndərilib.

Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə "Boeing 737-800" təyyarəsinin qəza yerində çəkildiyi iddia edilən başqa bir foto yayılmışdı.

Bu şəkillərə əsaslanaraq sosial şəbəkə istifadəçiləri Ukraynaya məxsus təyyarənin "Tor" zenit raket kompleksindən buraxılan raketlə vurula biləcəyini iddia edirlər.

Ukrayna hökuməti digər versiyalarla birlikdə bu varianta da baxacaqlarını bildirib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.