Dünya

Maduro hərbi təlimlər keçirmək planlarını açıqladı

9 Yanvar 2020 08:12
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Venesuela Prezidenti Nikolas Maduro ölkə rəhbərliyinin fevral ayının ortalarında hərbi təlimlər keçirmək planlarını açıqladı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu N.Maduro dövlət televiziyasının efirində bildirib.

Venesuela Prezidenti deyib: "Bildirmək istəyirəm ki, 2020-ci ilin 15-16 fevralında bütün silahların, bütün silahlı qüvvələrin iştirakı ilə xüsusi təlimlər keçirəcəyik". Onun sözlərinə görə, böyük şəhərlərin qorunmasına xüsusi diqqət yetiriləcək

2019-cu ilin dekabrında Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopez müxalifət nümayəndələrinin ölkənin cənubundakı hərbi hissəyə hücumu xəbərini, hücum zamanı bir əsgərin öldüyünü açıqlayıb. Səlahiyyətlilərə görə, təcavüzkarlar oğurlanmış silahlarla Braziliya ərazisinə qaçıblar. Daha əvvəl, Braziliya Xarici İşlər Nazirliyindən qanuni dövlət başçısı kimi tanımadıqları Maduro nümayəndələrinin sorğusuna əhəmiyyət verilməcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.