Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsində qəza nəticəsində ölənlərin adları açıqlanıb.
Bu barədə "Twitter"də yazı paylaşılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatda qəza nəticəsində həlak olan 167 sərnişin və 9 heyət üzvünün adları qeyd olunub.
Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olanlar İran, Kanada, Almaniya, İsveç, Əfqanıstan və Ukrayna vətəndaşları olub.
Milli.Az