Dəhşətli təyyarə qəzasında ölənlərin adları - SİYAHI - FOTO

8 Yanvar 2020 17:44

Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsində qəza nəticəsində ölənlərin adları açıqlanıb.

Bu barədə "Twitter"də yazı paylaşılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatda qəza nəticəsində həlak olan 167 sərnişin və 9 heyət üzvünün adları qeyd olunub.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olanlar İran, Kanada, Almaniya, İsveç, Əfqanıstan və Ukrayna vətəndaşları olub.

Milli.Az