Dünya

Avstriyada yeni hökumət formalaşıb

7 Yanvar 2020 18:30
0 Şərh     Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriyada yeni kansler Sebastyan Kurtsun hökuməti and içib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, andiçmə mərasimi ölkə prezidenti Aleksander van der Bellenin işlər idarəsində baş tutub.

Mərasimdən əvvəl prezident Avstriyanın ilk qadın kansleri Brigitte Birlyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin istefasını qəbul edib.

Qeyd edək ki, bu, S.Kurtsun rəhbərliyi altında ikinci hökumət olacaq. Bundan əvvəl Sebastyan Kurts 2017-ci ilin dekabrından 2019-cu ilin mayınadək kansler olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.