Dünya

Tokio birjasında yeni il indekslərin düşməsi ilə başlayıb

6 Yanvar 2020 09:05
0 Şərh     Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Asiyanın ən nəhəng Tokio fond birjasında 2020-ci ilin fəaliyyəti kotirovkaların düşməsi ilə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyatların birinci 5 dəqiqəsində "Nikkei" əsas indeksi 1,66 faiz düşərək 23 263,12 göstəricisinə enib. Dolların məzənnəsi isə 1,08 faiz zəifləyərək 107,96-107,96 ien-dollar göstəricisinə düşüb.

"Daiwa Securities" analitiklərinin fikrincə, Tokiodakı indekslər Amerika və Avropa bazarlarında, ABŞ-ın raket hücumu nəticəsində İran generalı Kassem Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasındakı münasibətlərin kəskin şəkildə kəskinləşməsindən yaranan enişinin davamı olaraq düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.