Dünya

Filmləri icazəsiz yayılan qadınlara 12 milyon təzminat veriləcək

5 Yanvar 2020 14:34
0 Şərh     Baxış: 1 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında filmləri internetdə icazəsiz yayılan qadınlara 12 milyon dollar təzminat veriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, model agentliklərinə müraciət edən qadınlara çəkildikləri açıq-saçıq səhnələr olan filmlərin yayımlanmayacağına dair söz verilsə də, videolar internetə yüklənib. Bu səbəbdən ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan qadınlardan bəziləri intihara cəhd edib.

Kaliforniyada baş tutan məhkəmə zamanı hakim yaşı 18 və 23 arası dəyişən zərərçəkmiş qadınlar üçün 12,7 milyon dollar ödənilməsinə qərar verib. Filmlərin yayıldığı internet kanalının CEO-su Mişel J.Pratt polisdən gizlənməyi bacarsa da, kanalın digər əməkdaşı Andre Qarsia saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.