Dünya

Çavuşoğlu Pompeo ilə telefon danışığı aparıb

4 Yanvar 2020 23:19
0 Şərh     Baxış: 1 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Maykl Pompeo ilə telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə diplomatik mənbələrdə bildirilib.

Məlumata əsasən, nazirlər İran və İraqdakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.