Dünya

Estoniyanın Milli Opera və Balet Teatrına ötən il rekord sayda tamaşaçı gəlib

3 Yanvar 2020 06:30
0 Şərh     Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estoniyanın Milli Opera və Balet Teatrına 2019-cu ildə rekord sayda - 185 548 balet və opera həvəskarı gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Estoniyanın milli teatrında ümumilikdə 398 tamaşa göstərilib. Təhsil layihələri çərçivəsində isə Opera və Balet Teatrına 10 544 nəfər baş çəkib.

Keçən ilin ən məşhur tamaşaları arasında "Alisa möcüzələr ölkəsində", "Şelkunçik" və "Damdakı skripkaçı" səhnə əsərləri xüsusi yer alıb.

Ötən ilin ölkənin mədəni tarixində ən əlamətdar hadisəsi Estoniya Milli Operasının 300 nəfərlik truppa ilə Moskvanın "Böyük Teatr"ında çıxışı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.