Dünya

Barlarda və gecə klublarında atışma - Yeni il gecəsi ABŞ-da 10 nəfər öldü

2 Yanvar 2020 09:21
0 Şərh     Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın şəhərlərində Yeni il gecəsində baş verən atışma zamanı ən azı 10 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "USA Today" qəzeti bildirib.

Məlumata əsasən, atışmalar əsasən barlarda və gecə klublarında baş verib. Belə ki, Orlando (Florida ştatında) şəhərindəki gecə klubunda şənlik zamanı atışmada iki nəfər ölüb. Daha iki nəfər Texasdakı bir klubda həlak olub.

ABŞ-ın Virciniya ştatında barda atışma zamanı 7 nəfər yaralanıb. Atışma nəticəsində Sent-Luis (Missuri ştatl) və Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə nəfər də həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.