Dünya

Paşinyan Konstitusiya Məhkəməsi sədrini həbs etdirir - SƏBƏB

28 Dekabr 2019 19:04
0 Şərh     Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan yaxın günlərdə həbs oluna bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tovmasyan 30 dekabrda Ermənistan Xüsusi İstintaq Komitəsinə çağırılıb. Həmin gün Tovmasyan barəsində qətimkan tədbirinin dəyişdirilməsi və məhkəməyə onun həbsi üçün ərizə təqdim edilməsi planlaşdırılır.

Ermənistan rəhbərliyi Tovmasyanın həbsinin onlara Konstitusiya Məhkəməsinin digər üzvlərinə təzyiq göstərməyə və məhkəmə üzvlərini istefaya məcbur etməyə imkan verəcəyinə əmindir.

Lakin hakimlərin əksəriyyətinin toxunulmazlıq prinsipi və ya əsaslı şübhələrin olmamasına istinad edərək həbs qərarı ilə bağlı müraciəti geri çevirəcəyindən ehtiyat edilir.

Ermənistan hökuməti, həmçinin, Yerevanın ümumi yurisdiksiya məhkəməsinin sədri Artur Mkrtçyana işin baxılmasını "etibarlı" hakimlərə - Mnatsakan Martirosyan, Karen Farxoyan, Marina Melkonyan ya da Vaaqn Melikyana həvalə etməyi tapşırıb. Müraciətə, həmçinin, Mkrtçyanın özünün də baxa biləcəyi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.