Dünya

Koçaryandan şok ittiham: “Hərbi xidmətdən yayınan, bir gecə hər şeyi atıb qaçan Paşinyan”

28 Dekabr 2019 14:58
0 Şərh     Baxış: 2 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nikol Paşinyan 90-cı illərdə hərbi xidmətdən yayınan, bütün ömrü boyu qəzet vasitəsilə insanlara böhtan yazan insandır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri 168.am saytının "Pressinq" verilişinin efirində çıxışı zamanı Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan deyib.

Onun sözlərinə görə, Ermənistanda 1 mart 2008-ci ildə baş verən hadisələrin əsas fiqurlarından biri məhz Nikol Paşinyan olub.

"O nə edib? Hər şeyi götürüb atdı və gecə qaçdı. Məğlub olan namizəd Levon Ter-Petrosyan isə ona görə toplanmış insanları gəlib sakitləşdirə biləcəyi halda, gəlmədi, etirazçılara qoşulmadı. Bütün bunlara Paşinyan rəhbərlik edirdi. O, Fransa səfirliyinin binası yaxınlığında barrikadalar qururdu. Onların polislərə nələr atdığını özünüz də görmüsünüz", - Koçaryan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.