Dünya

Rusiyalı general: "Dronlar vasitəsilə həyata keçiriləcək terror təhlükəsi artmaqdadır"

25 Dekabr 2019 09:13
0 Şərh     Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pilotsuz uçan aparatların terrorçular tərəfindən tətbiqi dünyanın istənilən ölkəsində mümkündür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "Krasnaya zvezda" qəzetinə müsahibəsində Rusiyanın Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Leonov bildirib.  

Onun sözlərinə görə, qanunsuz silahlı birləşmələr PUA-ları mükəmməlləşdirmək üzərində işlər aparırlar. Bunula bağlı yaxın vaxtda dronlar vasitəsi törədilə biləcək terror aktlarının təhlükəsi artmaqdadır - "tək Suriyada yox, istənilən ölkənin ərazisində".  

General bildirib ki, dronlarla effektiv mübarizə aparmaq üçün onların axtarma və məhv etmə üsullarını mükəmməlləşdirmək gərəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.