Dünya

ABŞ-da yeniyetmə qız təyyarə qaçırdı

19 Dekabr 2019 16:34
0 Şərh     Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında Fresno şəhərinin hava limanında 17 yaşlı qız təyyarə qaçırmağa çalışıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qız hasardan aşaraq "King Air 200" təyyarəsinin kabinəsinə daxil olub və mühərriki işə sala bilib.

Nəticədə təyyarə hərəkətə başlayıb və qısa müddət sonra tikililərin birinə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis hadisənin təfərrüatlarını öyrənmək üçün yeniyetməni bölməyə aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.