İngiltərədə şirkətlər işçiləri ayaqyolunda daha az vaxt keçirsinlər deyə yeni növ unitaz sifarişi veriblər.
Milli.Az Sputnik Türkiyə-yə istinadla xəbər verir ki, İngiltərədə, Staffordşir qraflığında yerləşən "StandardToilet" şirkəti bildirib ki, onlarla şirkət yeni növ unitaz sifarişi üçün onlara müraciət edib.
Üzərində "Mahabir Gill" imzası olan bu unitazlar şirkətlər üçün nəzərdə tutulub. Belə ki, bu unitazların üzərində 5 dəqiqədən artıq oturmaq olmur. Çünki unitaz 13 dərəcəlik bucaq altında qurulub və bir neçə dəqiqədən sonra ayaqlarda ağrılar yaradır.
Yeni unitazların qiyməti 150-500 funt-sterlinq arası dəyişir.
Qeyd edək ki, İngiltərədə aparılan araşdırmalara görə işçilər iş vaxtı gündə azı 25 dəqiqələrini tualetdə keçirirlər ki, bu da həftədə 2 saata yaxın vaxt edir.
İsmayıl
Milli.Az