Dünya

Ukraynada sovet bayrağı gəzdirən şəxsə hökm oxundu

15 Dekabr 2019 19:34
0 Şərh     Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Odessa vilayətinin sakini 9 may günü üzərində "Vətən mühaibəsi" yazılan və Georgi lenti olan al bayrağı nümayiş etdirdiyinə görə məhkəmə tərəfindən şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib, "News One" televiziyası məlumat verib. 

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "İzmaylov rayonunun sakini Qələbə günü öz velosipedinə Georgi lenti və üzərinə "Vətən müharibəsi" yazılan bayraq bərkitdiyinə görə bir il müdətinə şərti olaraq azadlıqdan məhrum edilib", - deyə efirdə bildirilib.

Qeyd edək ki, 2015-ci ilin mayından etibarən Ukraynada "Kommunist və nasist rejimləri" mühakimə edən qanun qüvvədədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.