Dünya

Fahişəliyə ən çox pul xərcləyən ölkələr bunlardır - SİYAHI

15 Dekabr 2019 13:21
2 Şərh     Baxış: 3 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa ölkələrində fahişəliyə xərclənən pul miqdarı ciddi səviyyəyə çatıb. 

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi siyahı təqdim edib. Sözügedən Statistika İdarəsi hər il Avropa ölkələrində insanların pullarını daha çox hara xərclədiyini açıqlayır. 

İdarənin təqdim etdiyi siyahlya görə, 2018-ci ildə İngiltərə fahişəliyə 6,5 milyard avrodan çox pul xərcləyib.  

Böyük Britaniya bu siyahıda "lider"dir.  

Belçika bu siyahıda 1 milyard 2 milyon avro ilə ikinci yeri tutur. 

Üçüncü yeri  693,9 milyon avro ilə Portuqaliya tutur.

Portuqaliya 693,9 milyon avro ilə üçüncü yeri tutur.

Macarıstan 539.9 milyon avro ilə dördüncü sıradadır.

Yunanıstan 317,8 milyon avro ilə beşinci yerdə qərarlaşıb. 

Qeyd edək ki, Avropa Statistika İdarəsi ailələrin ərzaqdan təhsilə, səhiyyədən nəqliyyata, içki və mədəniyyətə qədər bir çox sahədəki xərclərini təqdim edir. Həmin xərclərdən biri fahişəlikdir. 

Onu da bildirək ki, Avropa Komissiyası tərəfindən fahişəlik, qarşılıqlı razılıq əsasında, ödəmə qarşılığında cinsi əlaqəyə girmək olaraq təyin olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.