Dünya

Ana 2 yaşlı balasını öldürüb, parçalayıb, kimyəvi turşuda əritdi - FOTO

20 Noyabr 2019 12:12
1 Şərh     Baxış: 2 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azyaşlı övladlarını vəhşicəsinə qətlə yetirən valideynlərin məhkəməsi keçirilib.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan Monica Dominguez-Gerardo Zavala-Loredo cütlüyünə hökm oxunub. Onlara birlikdə 34 illik həbs cəzası verilib.

38 yaşlı Monica Dominguez adlı qadın öz övladına işgəncə verdiyinə və onu vəhşicəsinə qətlə yetirdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onun 33 yaşlı Gerardo Zavala-Loredo isə cinayətin izini itirməyə çalışdığına görə 14 il müddətinə həbs cəzası alıb.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında baş verib. Cütlük Rebecka Zavala adlı qızlarını öldürdükdən sonra iz itirmək üçün uşağın bədən hissələrini kimyəvi turşuda əridiblər.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.